Erməni zabiti Qarabağda öldü

Vaqif Dərgahlı: "Bu, onların öz daxili problemləridir"
Erməni zabiti Qarabağda öldü

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində podpolkovnik Qarik Balayan həlak olub. Bu haqda informasiyanı "Regnum" agentliyi yayıb. Erməni tərəfi iddia edir ki, guya erməni zabiti Azərbaycan tərəfindən açılan atəş nəticəsində ölüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə erməni zabitinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində ölməsi informasiyasını təkzib edib.

Onun sözlərinə görə, bu, onların öz daxili problemləridir.

"Biz isə Ermənistan silahlı qüvvələri atəş açdıqda cavab atəşi açırıq", - deyə Vaqif Dərgahlı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə