Ən çox istifadə olunan e-xidmətlər Siyahı

Ən çox istifadə olunan e-xidmətlər Siyahı

2014-cü ilin aprel ayı ərzində "www.e-gov.az" portalı tərəfindən təqdim edilən və vətəndaşlar tərəfindən ən çox istifadə edilən e-xidmətlər məlum olub. SİA-nın xəbərinə görə, bu xidmətlərə:

Daxili İşlər Nazirliyinin təqdim etdiyi

- Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar.

Təhsil Nazirliyinin təqdim etdiyi

- Diplom haqqında məlumatlar.

Vergilər Nazirliyinin təqdim etdiyi

- VÖEN-ə görə ödəyicinin axtarılması.

Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi

- Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ya ləğvi üçün müraciətin və sənədlərin qəbulu.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi

- Telefon nömrəsi üzrə axtarış;

- Vətəndaşın fərdi məlumatları barədə arayış;

- Mobil cihazların qeydiyyatdan keçirilməsi;

- Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat;

- Portal üzərindən verilmiş arayışların yoxlanılması.

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi

- Sığortaolunanın onlayn uçota alınması;

- Sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı;

- Pensiya kalkulyatoru.

Ədliyyə Nazirliyinin təqdim etdiyi

- Azərbaycan adları barədə məlumatın verilməsi kimi xidmətlər daxildir.

Xatırladaq ki, www.e-gov.az" portalı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbulundan sonra hazırlanaraq istifadəyə verilib və əsas məqsədi vətəndaş və dövlət qurumları arasında münasibətləri rahatlaşdırmaqdır.

Statistikaya əsasən, 2012-ci ilin dekabrından 2014-cü ilin aprel ayının sonuna qədər portala ümumilikdə 623078 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 341 776 nəfər olub.

Aprel ayının ilk ongünlüyündə "www.e-gov.az" portalının təqdim etdiyi elektron xidmətlərə olan müraciətlərin sayı 1 milyona çatıb.

Portalın xidmətlərindən elektron imza ilə istifadə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə