Azərbaycan Respublikası Prezidenti yanın Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "İnkişaf edən Azərbaycan" layihəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, bu münasibətlə Səbail rayonunun Bayıl qəsəbəsindəki 49 saylı tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə qeyd olunub ki, Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
Bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti də ölkə əhalisinin 60 faizdən çoxunu təşkil edən gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb.
Vurğulanıb ki, layihənin əsas qayəsi son 10 ildə ölkədə mədəniyyət, iqtisadiyyat, idman, təhsil və digər sahələrdə görülən işləri mütəxəssislər tərəfindən, onların dili ilə gənclərə çatdırmaqdır.
Tədbirdə çıxış edən iqtisadçı Fərhad Bayramov diqqətə çatdırıb ki, Azərbaycanın dinamik inkişafı zəngin intellektual potensiala malik gənclərin yetişdirilməsi ilə birbaşa əlaqəlidir. Bildirilib ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatda baş verən proseslərə biganə qalmamalı, dövlətin inkişafına öz töhfələrini verməlidir. Çünki gənclik dövlətçiliyimizin, gələcək Azərbaycanın qarantıdır. Məhz bütün bunları nəzərə alaraq bu layihə çərçivəsində gənclərə ölkədə həyata keçirilən irimiqyaslı layihələrdən, siyasi, iqtisadi, mədəni sahəsində qazanılan uğurlardan, idman nailiyyətlərindən ətraflı məlumat verilməsi təqdirəlayiq haldır.
Sonda Fərhad Bayramov tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB