Azərbaycan Danimarkada keçirilən festivalda FOTOLAR

Azərbaycan Danimarkada keçirilən festivalda FOTOLAR

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti bu ölkənin Helsinqor şəhərində keçirilən mədəniyyət festivalında təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, ildə bir dəfə təşkil olunan mədəniyyət festivalında Danimarkada yaşayan xalqların və millətlərin nümayəndələri iştirak edir. Hər bir xalqın nümayəndələri öz mədəniyyətini, incəsənətini, milli geyim və mətbəxini festivalda nümayiş etdirir. "Vətən" Cəmiyyətinin nümayəndələri Azərbaycan incəsənətinə aid kitab, broşür, milli geyim nümunələri və Azərbaycan mətbəxinə aid şirniyyatları festival iştirakçilarına təqdim ediblər.

"Cirtdan" uşaq yaradıcılıq qurupunun hazırladığı Azərbaycan nağıllarından parçalar və rəqslər qonaqlara xüsusi zövq verib. Festivalın sonunda "Cirtdan" uşaq yaradıcılıq qrupuna festival təşkilatçıları adından hədiyələr təqdim edilib. Azərbaycan rəqsləri şənliyə xüsusi gözəlik verib. Ümumiyyətlə, mədəniyyət festivalında Azərbaycan guşəsi iştirakçiların xüsusi marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə