Azərbaycanda daha bir alim öldü

Azərbaycanda daha bir alim öldü

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti "Slavyan ölkələri tarixi" kafedrasının müdiri Tofiq Vəliyev bu gün vəfat edib. SİA-nın xəbərinə görə, professor uzun zaman imiş ki, ürək ağrısından əziyyət çəkirmiş.

Tofiq Vəliyev 1934-cü ildə Ağdamda anadan olub. Mərhumla vida mərasimi bu gün saat 15:00-da Yasamal rayonu Ələkbərov küçəsi, 507-511 bina, 12-ci evdə olacaq.

Allah rəhmət eləsin!

Mərhum T.Vəliyev 1934-cü il may ayında Ağdam şəhərinin Kürdlər kəndində müəllim ailəsində anadan olub. 1948 – 1951- ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil alıb.

1951 – 1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib.

1953 – 1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxuyub, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.

1960 - 1963 –cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alıb.

1966-cı ildə "XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1986-cı ildə "XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.

1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçib.

1993-cü ildən bu günədək fakültənin "Slavyan ölkələri tarixi" kafedrasının müdiri vəzifəsində işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə