ABŞ-ın C. Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, professor Frederik Starr Azərbaycan Milli Elmlər Akademiyasının yeni açılan Mərkəzi Kitabxanasında qonaq olub. SİA-nın xəbərinə görə, F.Starr Kitabxananın İnformasiya Resursları Mərkəzinin heyəti ilə görüşü zamanı kitab fonduna yeni nəşr etdirdiyi "İtirilmiş ziya: Mərkəzi Asiyanın qızıl əsri - ərəb işğalından Tamerlana qədər" adlı kitabını hədiyyə edib.
Kitabda sözügedən regionun intibah dövrünün tarixindən bəhs edilir. Əsərdə Mərkəzi Asiyanın tarixi digər regionlarla, o cümlədən, Azərbaycanın daxil olduğu Qafqaz bölgəsi ilə əlaqəli şəkildə təhlil olunur. Kitabın əsas özəlliklərindən biri də millətlərin və dövlətlərin tarixinin, parlaq ziyalı və alimlərin taleyi və yaradıcılığı fonunda araşdırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB