Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzinin kitab kolleksiyasına daxil olan elmi əsərlərin sayı sürətlə artmaqdadır. SİA-nın xəbərinə görə, Rəyasət Heyətinin Mərkəzi Kitabxanada bu ilin may ayında keçirilmiş geniş iclasından və ümumiyyətlə mediada yayılmış məlumatlardan sonra kitab fondu zənginləşir.
AMEA-nın bir sıra elmi müəssisələrindən "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi ensiklopediyanın iki dildə, xüsusi buraxılışı da daxil olmaqla hazır olan bütün cildlərini, Folklor İnstitutu çap etdirdiyi 146 elmi kitabı, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu 142 elmi kitab və jurnalı, A.A.Bakıxanov adına Tarix İnstitutu nəşr etdiyi 84 adda kitabı, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi 2006 – 2014-cü illər üzrə 4700 aftoreferatı İnformasiya Resursları Mərkəzinin kitab fonduna hədiyyə etmişlər. AMEA-nın Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi hədiyyə olunan kitabları yüksək qiymətləndirir və kitabların həm kitabxananın, həm də Milli Rəqəmsal Yaddaşın zənginləşməsində əvəzsiz rol oynayacağını bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB