Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 yanvar 2014-cü il tarixədək xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmək üçün növbədə olan daha 157 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə "Naz-Lifan" markalı minik avtomobillərini təqdim edib.
SİA-nın xəbərinə görə, sərəncamla dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 mln. manat əlavə vəsait ayrılıb. Bu vəsait hesabına cari ilin əvvəlinədək növbəyə durmuş 657 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin dövlət tərəfindən pulsuz xüsusi avtonəqliyyatla tam təminatı son iki ay ərzində başa çatdırılıb.
Prezidentin ötən ay imzaladığı "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı bu kateqoriyalardan olan əlillərin də xüsusi nəqliyyat vasitələri ilə təminatında yeni mühüm irəliləyişə təminat verir. Sərəncama əsasən, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilin əvvəlinədək növbəyə durmuş bu kateqoriyalardan olan şəxslərin də dövlət tərəfindən avtonəqliyyatla tam təminatı həyata keçiriləcək.
Gələn aydan həmin şəxslərə də avtomobillərin verilməsinə başlanacaq və bu proses də bir neçə ay ərzində yekunlaşacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB