Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanda Avropa İttifaqının "Youth In Action" - "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində növbəti layihəsini yekunlaşdırıb. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Sülhə gedən yollar" adlı layihə 15-22 may 2014-cü il tarixlərində Avropa Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilib. 10 ölkədən 30 nümayəndənin iştirak etdiyi beynəlxalq layihədə 5 Avropa İttifaqı dövləti və 5 Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyəti iştirak edib. Təmsil olunan ölkələr
Layihə ərzində beynəlxalq təlimçilər tərəfindən müxtəlif ölkələrdən olan gənclərə qeyri-formal təhsil metodları ilə sülh quruculuğu və konfliktlərin həlli mövzusunda təlimlər və qrup işləri keçirilib. Müxtəlif gənclər arasında sülh haqqında intervyunun keçirilməsi və təqdimatın aparılması, ekspert tərəfindən Qafqaz regionunda olan konfliklərin ətraflı müzakirəsi, iştirakçılara "Nifrət Nitqinə Yox" hərəkatı haqqında məlumatın verilməsi və onlar tərəfindən video-rolikin çəkilməsi keçirilən fəaliyyətlər sırasında idi. Layihənin məqsədi məhz gənclərin sülh quruculuğunda və konfliktlərin həllində vasitəçiliyini təmin etmək olub.
Bununla yanaşı, layihə çərçivəsində müxtəlif ölkələrdən olan iştirakçılara Azərbaycan mədəniyyəti, adət-ənənələri və 1 günlük şəhər turu zamanı paytaxtın qədimiliyi və müasirliyi nümayiş olunub.
Xatırladaq ki, ARGTMŞ Aİ-nin "Youth In Action" proqramına 2013-cü ildə qoşulub. 2013-cü il ərzində ARGTMŞ Avropa Birliyinin dəstəyi ilə "Yaşıla Doğru" ("Go For Green") layihəsini reallaşdırıb və 75 layihədə tərəfdaş kimi iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB