Azərbaycan ordusunda erməni əsilli hərbi qulluqçu xidmət etmir RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyi Azərbaycan Ordusunda erməni əsilli hərbi qulluqçunun xidmət etməsi məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.
Müdafiə Nazirliyi bəyan edir ki, KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq, yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB