Respublika günü Almaniyada qeyd edilib

Respublika günü Almaniyada qeyd edilib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. SİA-nın məlumatına görə, Tədbirə Almaniyanın ictimai-siyasi həyatının, elmi və mədəni dairələrinin, AFR XİN-in, Bundestaqın, xarici diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri dəvət olunublar.

Əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov çıxış etmiş, hazırda regionda tam müstəqil xarici siyasət yürüdən ölkəmizin uğurlarından, beynəlxalq arenada artan rolundan, Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafından, eləcə də Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Daha sonra ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə