Almatıda 28 May- Respublika Günü qeyd edilib

Almatıda 28 May- Respublika Günü qeyd edilib

Azərbaycanın Qazaxıstandakı səfirliyinin və "Ozan" Azərbaycanlılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Almatı şəhərinin Mərkəzi Parkında 28-May Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Almatıda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

Çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə gedən demokratik proseslərdən, respublikamızın iqtisadi inkişafından, beynəlxalq aləmdə və regionda artan nüfuzundan, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ətraflı söhbət açmışlar.

Tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə