Qəhrəman Murmansk şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. "Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) Murmansk vilayət bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) təşkilatının mətbuat katibi Əlihüseyn Şükürov bildirib ki, yubiley tədbirində həmvətənlərimiz, tələbələr, şəhərin milli diasporlarının nümayəndələri və başqaları iştirak ediblər.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası haqqında videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Murmansk Vilayət İctimai Palatasının üzvü, "Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) Murmansk regional bölməsinin sədri Afil Hüseynov Azərbaycan müstəqilliyinin tarixindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, blokadada olan Naxçıvanın iqtisadi inkişafından, mədəniyyət abidələrindən, nailiyyətlərindən danışıb.
Qeyd edilib ki, tarix boyu bir sıra dövlətlərin paytaxtı olmuş Naxçıvan şəhəri müxtəlif tarixi dövrlərə aid qədim, arxeoloji və arxitektura abidələri ilə zəngindir.
Çıxış edənlər deyiblər ki, Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayan Naxçıvan bir çox görkəmli alimlərin, incəsənət ustalarının, tarixi şəxsiyyətlərin vətənidir.
Qeyd edilib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ilə ölkədə siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilmiş, iqtisadiyyatda böyük müvəffəqiyyətlər əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB