Azərbaycana tezliklə orta gücü tədqiqat nüvə reaktoru gətiriləcəkdir. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mayın 24-də Siyəzən şəhərində jurnalistlərə müsahibəsində məlumat verib. Nazir müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə məqsədi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılması haqqında Sərəncamına əsasən bu istiqamətdə bir sıra işlərin həyata keçirildiyini bildirib.
Ə.Abbasov, həmçinin qeyd etmişdir ki, Azərbaycanda nüvə texnologiyalarından təbabətdə, kənd təsərrüfatında istifadə olunması, eləcə də dəqiq cihazqayırma sənayesində nüvə materiallarının hazırlanması nəzərdə tutulur. Ölkəmizdə radioaktiv elementlərlə zəngin yataqların sənaye üsulu ilə işlənməsi yeni iqtisadi sektorun açılmasına şərait yaradacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB