BŞGİBİ bu dəfə Qalaya ekskursiya təşkil etdi FOTOSESSİYA

BŞGİBİ bu dəfə Qalaya ekskursiya təşkil etdi FOTOSESSİYA

Hər zaman olduğu kimi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinin maarifləndirilməsi işinə xüsusi diqqət yeririr. Qurumun 2014-cü il üçün təsdiq olunmuş tədbirlər planına əsasən "Tariximizi tanıyaq, tanıdaq" layihəsi də bu istiqamətdə aparılan işlərin bir hissədir. SİA-nın məlumatına görə, bu gün Baş İdarə layihə çərçivəsində Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri üçün Qala Dövlət-Tarix Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edib. Ekskursiyaya 30 tələbə cəlb olunub. Onlar öncə qoruğun muzeydə olub, daha sonra qədim yaşayış məskənləri, heyvandarlıq üçün nəzərdə tutulmuş yerləri gəzib, əmək alətlərinə baxıb, xalçaçılıq, dulusçuluk kimi peşələr barədə məlumat alıb və əyani olaraq peşəkarların işləri ilə tanış olublar. Gənclər sonda qədim qalaya qalxaraq buranın tarixi barədə məlumat alıblar.

Ekskursiyanın məqsədi gənclərin doğma Azərbaycanımızın tarixini dərindən bilməsi, coğrafiyasını tanıması, gənclər təşkilatları arasında ünsiyyətin genişləndirilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkilidir.

Nəzərinizə çatdırq ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi sözügedən layihə çərçivəsində hər il 2 ekskursiya təşkil edir. Bu ekskursiyalardan biri Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna, digəri isə Qala Dövlət-Tarix Etnoqrafiya Qoruğuna təşkil olunur.

Qeyd edək ki, may ayının 17-də Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna da ekskursiya təşkil olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə