Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda beynəlxalq iqtisadi forumda çıxışı zamanı sensasion açıqlama verib. O bildirib ki, Ukraynada baş verən dövlət çevrilişinə səbəb Viktor Yanukoviç olub.
Putin bəyan edib ki, Yanukoviçin Avropa Birliyi ilə əməkdaşlıq sazişini təxirə salması sonda Ukraynada xaotik vəziyyətin yaranmasına gətirib çıxardı.
Onun sözlərinə görə, hazırda ölkədə gedən vətəndaş müharibəsi yüzlərlə insanın ölümünə səbəb olur. Putin eyni zamanda, Ukraynada keçiriləcək prezident seçkilərinin nəticələrini qəbul edəcəklərini də vurğulayıb.
Bu arada Ukraynanın Qorlovka şəhərində rusiyapərəst silahlılarla hökumət qüvvələri arasında növbəti qarşıdurmalar olub. Qarşıdurmalar zamanı azı 3 nəfər öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB