Bir həftəlik PR təlim kurslarına yekun vurulub

Bir həftəlik PR təlim kurslarına yekun vurulub

19 may tarixindən etibarən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində başlayan gənclər üçün 1 həftəlik PR (Public Relations) təlim kursları öz işini bu gün yekunlaşdırıb. SİA-nın məlumatına görə, elə bu məqsədlə bir həftə ərzində davam edən təlim kurslarının bu gün bağlanış mərasimi keçirilib. Mərasimdə YAP GB-nınn sədri Seymur Orucov və İctimai televiziyanın "Yeni Gün" proqramının aparıcısı Saleh Bağırov iştirak ediblər.

YAP GB-nin sədri Seymur Orucov çıxış edərək, layihənin əhəmiyyətli olduğunu gənclərin diqqətinə çatdırıb və gələcəkdə də belə layihələrin davamlı olacağını bildirib.

Sonra iki komanda "PR ART" və "Kreativ Gənclər" hazırladıqları təqdimatları qonaqlara təqdim ediblər. Təqdimatdan sonra İctimai televiziyanın "Yeni Gün" Proqramının aparıcısı Saleh Bağırov gənclərlə görüşüb, fikir mübadiləsi aparıb və gənclərin suallarını cavablandırıb.

Ən sonda qonaqlar iki komanda "PR ART" və "Kreativ Gənclər" hazırladıqları təqdimatların ən yaxşısını seçiblər. Bununla da hər iki komanda həftənin qalib komandası elan edilib.

Qeyd edək ki, təlimlər YAP GB-nın layihələr üzrə koordinatoru və bu layihənin rəhbəri Leyla Kərimova tərəfindən aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə