DİN xidmətə qəbulla bağlı müsabiqə keçirir

DİN xidmətə qəbulla bağlı müsabiqə keçirir

Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə keçirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsində vakant olan 15 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə