Alimlərimiz Gürcüstandakı sürüşmə hadisə ilə bağlı tədqiqat aparacaqlar

Alimlərimiz Gürcüstandakı sürüşmə hadisə ilə bağlı tədqiqat aparacaqlar

Gürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, RSXM əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və müşahidələrə başlanılıb.

Məlumat üçün qeyd edək ki, qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə