RSXM tərəfindən Gürcüstana dəstək

RSXM tərəfindən Gürcüstana dəstək

Gürcüstanda baş verən sürüşmə hadisəsi ilə bağlı tədqiqatlar aparmaq üçün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları - şöbə müdiri Hidayət Tahirov və mühəndis Şahin Məmmədov bu ölkəyə ezam ediliblər. RSMX-dan SİA-ya verilən xəbərə görə, qurumun əməkdaşları sürüşmə zonasında seysmik fonun vəziyyətinə dair müşahidə aparmaq üçün ərazidə 3 seysmik mobil stansiya quraşdırıblar və müşahidələrə başlanılıb.

Qeyd edək ki, qonşu ölkədəki fəlakət zonasında Azərbaycan seysmoloqlarının seysmoloji tədqiqatlar aparması üçün Gürcüstan Seysmoloji Mərkəzinin rəhbərliyi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə