Bakıda oğurluq dövlət qeydiyyat nişanı ilə idarə olunan avtomobil saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Təhlükəsiz Şəhər Xidməti, Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Esmira Həşimovaya məxsus avtomobildən oğurlanmış "99 ES 993" dövlət qeydiyyat nişanı ilə idarə edilən "Hyundai" markalı avtomobil Cavadxan küçəsində saxlanılarkən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.
Araşdırmalar nəticəsində saxlanılmış avtomobilin Şəki rayon sakini Məmməd Məmmədova məxsus olması müəyyən edilib.
Avtomobilin yük yerinə baxış zamanı müxtəlif markalı avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB