Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov yerli tələbələr arasında keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda inşa yazı müsabiqəsinin qalibləri ilə görüşüb.
Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, qalibləri təbrik edən səfir İ. Muxtarov tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, daxil və xarici siyasəti və son iqtisadi nailiyyətləri barədə məlumat verib, iki ölkə arasında qarşılıqlı tanışlıq səfərlərinin Azərbaycan-Meksika münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb.
Apardıqları tədqiqatlar zamanı Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə yaxından tanış olduqlarını qeyd edən meksikalı tələbələr ölkəmizə səfər imkanının yaradılmasına görə təşəkkür edərək, Azərbaycanın təbliği və ikitərəfli əlaqələrimizin gələcək inkişafına öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.
Görüşdə həmçinin ADA Universitetinin təhsil proqramları ilə maraqlanan tələbələrə universitetdə mövcud təhsil imkanları barədə məlumat verilib, tələbələr universitetin təhsil proqramlarında iştiraka dəvət ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB