Ukraynada Azərbaycan diasporundan danışıldı FOTOLAR

Ukraynada Azərbaycan diasporundan danışıldı FOTOLAR

Ukraynanın paytaxtı Kiyev şəhərində Ümumukrayna Birləşmiş Diasporunun (UABD) "Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu" mövzusunda 3-cü forumu keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, forumda müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. Forumun birinci hissəsində diasporun problemləri və inkişaf perspektivləri müzakirə olunub. UABD-nin sədri Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb. Səfir bildirib ki, belə bir tədbirin ardıcıl olaraq üçüncü dəfə keçirilməsi təqdirəlayiqdir. E.Mədətli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və diaspora fəaliyyətini yüksək qiymətləndirir. Forumun birinci hissəsində Ukraynada fəaliyyətə başlamış Diaspora TV-nin və UABD-nin nəşr etdirdiyi dərsliyin təqdimatı da keçirilib. İştirakçılar təqdim olunan dərsliyin azərbaycanlı məktəblilər və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli tədris vəsaiti olduğunu qeyd ediblər. Forumun ikinci hissəsində əsasən mayın 25-də Ukrayna Prezidenti və Kiyev şəhər meri postlarına keçiriləcək seçkilər və azərbaycanlıların bu proseslərdə fəallığının artırılması məsələləri müzakirə edilib. Müzakirələrdə Ukraynadakı azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında aktivliyini artırılmasının vacibliyi vurğulanıb. UABD sədri Hikmət Cavadov təşkilat üzvlərini seçkilərdə iştirak etməyə və fəallıq göstərməyə çağırıb. O qeyd edib ki, yalnız onların bu aktivliyi sayəsində Ukraynanın ictimai-siyasi həyatına inteqrasiya etmək, azərbaycanlıların Ukrayna Dumasına daxil olmaq, azərbaycanlı iş adamları üçün geniş fəaliyyət imkanları yarana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə