Erkən nigahlarla bağlı statistik rəqəmlər hazır deyil

Erkən nigahlarla bağlı statistik rəqəmlər hazır deyil

"Erkən nikahlarla bağlı 2014-cü il üçün konkret statistik rəqəmlər hazır deyil". SİA-nın xəbərinə görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Hazırda məsələ ilə bağlı aparılan monitorinqlərin davam etdiyini dilə gətirən komitə sədrinin sözlərinə görə, bu statistikanı öyrənmək üçün araşdırmalar sona çatmalıdır: "Bu məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəsə söyləmək mümkündür. Yekun sonda bilinəcək. Məsələni araşdırmaq üçün komitə İcra hakimiyyətləri ilə sıx əməkdaşlıq edir. Ucqar rayonlarda da nümayəndə heyətlərimiz araşdırmalar aparır. 18 yaşına çatmayan qızların ailə qurması bizi narahat edir. Buna görə də bu kimi halların qarşısını almaq üçün tədbirlərimiz davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə