Azərbaycanın Paraqvaydakı səfiri Məmməd Əhmədzadə Asunsion şəhərinə səfəri çərçivəsində Paraqvayın xarici işlər naziri Eladio Loizaga ilə görüşüb.
Səfirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunub.
Məmməd Əhmədzadə paraqvaylı nazirə Azərbaycanın regional proseslərdəki aparıcı rolu və ölkəmizin inkişaf strategiyası barədə məlumat verib.
Həmçinin görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Məmməd Əhmədzadə deputatlar palatasının sədri Xuan Bartolome Ramirez, deputatlar palatasının xarici əlaqələr komitəsinin sədri Xose Maria İbanez, sənaye, ticarət və turizm komitəsinin sədri Viktor Oskar Qonzales Drakeford, senatın xarici əlaqələr komitəsinin sədri Migel Saguier, xarici işlər nazirinin müavini Federiko Qonzales Franko, habelə Diplomatik və Konsulluq Akademiyasının baş direktorunun müavini Salvador Meden Pelaez ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB