Hicran Hüseynova: “Uşağa təzyiq olunubsa, tədbir görüləcəyinə əminəm”
"Komitə olaraq Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə diqqətimizdədir". SİA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisəyə münasibət bildirərkən deyib.
Komitə sədri bildirib ki, hazırda bununla bağlı komissiya yaradılıb və onlar 7 nömrəli xüsusi internat məktəbinə cəlb olunublar: "Əgər kimsə orada cinayətə yol veribsə, əlbəttə o insanlar cəzalandırılacaq. Bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olur. Hər hansı bir uşağa təzyiq olunubsa, aidiyyatı orqanların tədbir görəcəyinə əminəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB