BMT məruzəçisi məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb

BMT məruzəçisi məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb

Bu gün BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınan məburi köçkün şəhərciyini ziyarət edib.

SİA-nın məlumatına görə, Ç. Beyani şəhərcikdə salınan 540 şagird yerlik Zəngilan rayon 33 saylı tam orta məktəbi və 280 yerlik "Şəfəq" uşaq bağçası ilə tanış olub.

Sonra xüsusi məruzəçi məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb. Çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.

Xüsusi məruzəçi Zəngilan Rayon İcra Hakimiyyətində də olub.

Daha sonra qonaq Binəqədi rayonunda 160 məcburi köçkün ailəsinin məskunlaşdığı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olub.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov xüsusi məruzəçiyə yataqxanada yaşayan qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.

Daha sonra Ç. Beyani burada yaşayan məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə