Heydər Əsədov: "Sığorta sistemi ilə bağlı təkliflər hazırlanır"

Heydər Əsədov: "Sığorta sistemi ilə bağlı təkliflər hazırlanır"

"Bu il Azərbaycanda əkin işlərinə 471 yeni kombayn cəlb olunub". Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, bu kombaynların hər biri Avropa istehsalıdır: "Əsasən Finlandiya, Belçika və Hollandiya istehsalı olan kombaynlardır. Biz bu məhsulları nəinki almaq, həm də istehsalı ilə məşğul olmaq niyyətindəyik. Biz bununla bağlı görüşlər keçirmişik, danışıqlarımızı davam etdirəcəyik. Hələ ki, danışıqların ilkin mərhələsindəyik".

Onu da diqqətinizə çatdıraq ki, nazir Heydər Əsədov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi hazırda Maliyyə Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində sığorta sisteminin tətbiqi və təkmilləşdirilməsinə dair təkliflər də hazırladığını bildirib: "Bu iş artıq bitmək üzrədir. Hesab edirəm ki, təxminən bir aya bu iş yekunlaşdırılacaq. Biz cəmiyyətə tam razılaşdırılmış ideyaları çatdırmağı düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə