Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi işə başlayıb

Bakıda XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi işə başlayıb

Bu gün Bakı Ekspo Mərkəzində XX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("WorldFood Azerbaijan 2014") işə başlayıb. SİA-nın məlumatına görə, sərgidə dünyanın 35 ölkəsindən 173 şirkət iştirak edir. Bu siyahıda MDB (15%) və Avropa (57%) ölkələrindən gələn şirkətlər üstünlük təşkil edir.

Ət və quş, süd məhsulları, dondurma, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, o cümlədən kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr, eləcə də şitillər, diri cücə və balıqlar, xərçənglər nümayiş olunur.

"WorldFood Azerbaijan" sərgisi ilk dəfə öz qapılarını 1995-ci ildə açılıb və o vaxtdan etibarən, onun məşhurluğu Azərbaycan, Xəzəryanı region və bütün dünyanın mütəxəssisləri arasında durmadan artır. Bu illər ərzində sərgidə 1400-dən artıq şirkət iştirak edib.

Nəzərinizə çatdıraq ki, iştirakçıların sayına görə Türkiyə öndədir. Bu il sərgidə ilk dəfə iştirak edən şirkətlər Azərbaycan, Niderland Krallığı, Belçika, Türkiyə, İtaliya, İspaniya, İran və digər ölkələr üzrə ümumi iştirakçıların 45%-ni təşkil edir. Sərgidə həmçinin İtaliya, İran, Hollandiya, Macarıstan, Latviya və Estoniya milli ekspozisiyalarla çıxış edirlər. Sərgidə iştirak edənlərin 26%-ni yerli şirkətlər təşkil edir.

"WorldFood Azerbaijan" sərgisi ilə paralel olaraq VIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("AgriHort Azerbaijan 2014") keçirilir. "AgriHort Azerbaijan 2014" sərgi sahəsində ötən illə müqayisədə 2,5 dəfə artım müşahidə olunur.

Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxumlar, gübrələr və s. nümayiş etdirilir.

Beləliklə, bu il "WorldFood Azerbaijan 2014" və "AgriHort Azerbaijan 2014" sərgiləri ölkənin qida və aqrar sektorlarını inkişafı üzrə bütün müsbət təmayülləri nümayiş etdirilir, habelə beynəlxalq müstəvidə sıx əməkdaşlığın qurulmasına, investisiya artımına və sənayedə ən yeni texnologiyaların tətbiqinə şərait yaradılır.

Bütün xəbərlər Facebook səhifəmizdə