Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib FOTOLAR

Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib FOTOLAR

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev mayın 22-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Astara rayonlarının sakinlərini qəbul edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətinə qəbulu, sərhədboyu zonada fəaliyyət göstərən fermer təsərrüfatlarının problemlərinin həll olunmasına köməkliyin göstərilməsi, tibbi yardımın göstərilməsi, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətə alınıb, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını və keçən il Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən keçirilən qəbul zamanı qaldırdıqları məsələlərin müsbət həll olunma-sına görə təşəkkürlərini bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə