AŞPA rəsmisi ilə dini tolerantlıq müzakirə edilib FOTOLAR

AŞPA rəsmisi ilə dini tolerantlıq müzakirə edilib FOTOLAR

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr əvəzi Səyyad Salahlı Avropa Şurasının Moldovadan olan üzvü, AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının sədri, Avropa Baptistlər Federasiyasının sabiq sədri Valeriu Qiletsini qəbul edib.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı S. Salahlı Azərbaycanda mövcud olan dini tolerantlığın yüksək səviyyəsi və dini dözümlülüyün təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə qonağı məlumatlandırıb.

Qonaq bu istiqamətdə görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb, həmçinin Azərbaycanda xristian baptist icmasının vəziyyəti ilə maraqlanıb. Dövlət Komitəsinin rəsmisi bu barədə qonağa ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə