Türkiyəli qonaqlar Fəxri Xiyabanda oldular FOTOLAR

Türkiyəli qonaqlar Fəxri Xiyabanda oldular FOTOLAR

Görkəmli fikir adamı Əlibəy Hüseynzadənin 150 illiyinə həsr edilən konfransda çıxış etmək üçün ölkəmizə səfərə gələn türkiyəli qonaqlar Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər.

Qonaqlar öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli Lider Heydər Əliyevin "bir millət – iki dövlət" kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib. Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib. Azərbaycanda tanışlıq səfəri çərçivəsində "bir qrup ziyalı dostları ilə bərabər Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş "Güllələnmiş heykəlləri" də ziyarət ediblər.

Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında Azərbaycana gələn qardaş ölkənin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib. Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib. Türkiyəli qonaqlar həmçinin İncəsənət muzeyini, Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə tanış olublar və Bayraq muzeyini ziyarət ediblər. Qonaqlar Azərbaycanın inkişafından çox sevindiklərini deyiblər və Bayraq muzeyində tarixdən bu yana bütün dövlət bayraqlarımızla yaxından tanış olub və məlumatlar alıblar. Azərbaycan tarixi, keçdiyimiz yolla bağlı qonaqlara geniş məlumatlar verilib. Onlar eyni zamanda Avroviziya musiqi yarışmasının keçirildiyi və dünyanın ən böyük konsert zallarından biri olan Kristal Hall sarayını da ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə