Fransanın Orn departamentinin əsas mətbu orqanı olan nüfuzlu "La Perche" qəzetinin 19 may tarixli nömrəsində "Orn Azərbaycan ilə daha çox işləməlidir" sərlövhəli məqalə dərc olunub.
SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, məqalədə Senatın Fransa-Qafqaz dostluq qrupu sədrinin müavini, Orn departamentindən senator seçilən Natali Qulenin Fransa ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirləri əksini tapıb.
Çağırış xarakterli məqalədə Natali Qulenin prezident Fransua Ollandı mayın 11-dən 13-dək Cənubi Qafqaza səfərində müşayiət etdiyi xatırlanıb.
Yazıda, senatorun Orn departamenti ilə ölkəmiz arasında əlaqələrin daha da möhkəmlənməsinə çalışdığı vurğulanıb, artıq bütün dünyada stabil dövlət kimi tanınan Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi barədə fikirlərinə istinad edilib.
Azərbaycanın kənd təsərrüfatı nazirinin 2013-cü ildə Fransaya işgüzar səfəri xatırlanan məqalədə, aqrar sahənin inkişafı ilə bağlı iki ölkə arasında ümumi razılıq əldə edildiyi bildirilib, 2010-2011-ci illərdə ticarət dövriyyəsinin xeyli artdığı qeyd olunub.
Məqalədə 10 illik yubileyini qeyd edən Heydər Əliyev Fondu tərəfindən Azərbaycan-Fransa əməkdaşlığının inkişafında xüsusi xidməti olan Natali Qulenin mükafatlandırıldığı, ilk dəfə Fransanın L’Eql şəhəri ilə Azərbaycanın Naftalan şəhərinin qardaşlaşmasına dair 2013-il ilin may ayında rəsmi sənəd imzalandığı xatırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB