Milli Məclisin gündəliyi açıqlandı

Milli Məclisin gündəliyi açıqlandı

Milli Məclisin may ayının 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq məsələlər açıqlanıb. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açılamasında bildirib ki, 30 may tarixində keçiriləcək plenar iclasda 18 məsələ müzakirəyə çıxarılacaq.

1. Uyğunluğun qiymətləndirilməsi sahəsində akreditasiya haqqında qanun layihəsi

2. Bir neçə hökumətlərarası sazişlərin imzalanması ilə bağlı qanun layihələri

3. Su təchizatı və tullantı suları haqqında qanuna dəyişiklik edilməsi

4. Cinayət məcəlləsi inzibati xətalar məcəlləsində qanunlara dəyişiklik edilməsi

5. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna dəyişiklik.

6. Yerli bələdiyyə vergiləri ilə bağlı qanunda dəyişiklik

7. Bələdiyyələrin statsunun dəyişdirilməsi haqqında qanuna dəyişiklik

8. Vergi məcəlləsində dəyişiklik

9. Büdcə sistemi haqqında qanuna dəyişiklik edilməsi

10. Azərbaycan Respublikası bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsi

11. Bələdiyələrin əraziləri və torpaqları haqqında qanuna əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə qanun layihələri

12. Avropa ittifaqı arasında icazəsiz yaşayan şəxslərin reambisiyası haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsi

13. Beynəlxalq valyuta fondu haqqında sazişin müddəlarına fondun icra prosesində islahatlara dair təklif olunan dəyişikliklərin edilməsi ilə bağlı sənəd

14. Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə, vergilərə münasibətdə ikiqat vergi rüsumunun aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında kommersiyanın tətbiqi haqqında layihə

15. Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında gömrük sahəsində qarşılıqlı müvafiq yardım haqqında sazişin tətbiq edilməsi barədə qanun layihələri.

Bütün xəbərlər Facebook səhifəmizdə