Akif Əlizadə rusiyalı qonaqları qəbul edib FOTO

Akif Əlizadə rusiyalı qonaqları qəbul edib FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın yeni açılan Mərkəzi Kitabxanasında rusiyalı qonaqları qəbul edib. SİA-ya verilən məlumata görə, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ilə görüşdə Rusiya-Azərbaycan mədəni əlaqələrinə dair səmimi söhbətdən sonra İnformasiya Resursları Mərkəzinin (İRM) direktoru Leyla İmanova qonaqları Mərkəzi Kitabxana ilə tanış edib. Kitabxananın sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin azərbaycan dilinə tərcümə edilən nəşrləri, elmi nəşrlər, Azərbaycan Milli Ensiklopediyasının azərbaycan və rus dillərindən çapa verilən ilk cildləri, Nobel mükafatı laureatlarının əsərləri qonaqların marağına səbəb olub. L.İmanova ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunmasını bildirib, İnformasiya Resursları Mərkəzi və onun fəaliyyət perspektivləri haqqında məlumat verib.
Qeyd edək ki, görüşün sonunda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə