Gecə yağış yağacaq PROQNOZ

Mayın 21-dən 22-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, mayın 22-də gündüz dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə