"Bakı Metropoliteni" QSC "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü üçün son xəbərdarlıq edib.
Bu gün "Bakı Metropoliteni" QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərə sonuncu xəbərdarlıq ediblər.
SİA-nın məlumatına görə, məsələi lə bağlı jurnalistlərə açıqlama verən "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Bakı metropilteninə ayrılan torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub.
Onun sözlərinə görə, siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var: "Sözügedən torpaq sahəsində yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunsa da, məcburi köçkünlərin hər biri mənzillə təmin olunmasına baxmayaraq 6 ailə həmin sahədən köçməkdən imtina edir. 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir".
Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.
Qeyd edək ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB