Avropa Şurasının baş katibi ədliyyə naziri ilə görüşüb

Avropa Şurasının baş katibi ədliyyə naziri ilə görüşüb

Azərbaycanda səfərdə olan Avropa Şurasının baş katibi Tyorbörn Yaqland ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyətini və onun ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulayıb.

T. Yaqland Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd edib, məhkəmə sistemində aparılan islahatları təqdir edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə