Heydər Əsədov Şamaxı sakinləri ilə görüşəcək

Heydər Əsədov Şamaxı sakinləri ilə görüşəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov mayın 29-da saat 11:00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsində Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Əlaqə telefonları: 050-386-18-14, 012-493-51-64, 050-352-06-27

Bütün xəbərlər Facebook səhifəmizdə