Zakir Həsənov Moskvaya gedir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı nazir Z.Həsənovun Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı S.Şoyqu və İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə