Azərbaycan Turizm İnstitutunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Turizm İnstitutunun Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İnstitutun fəal tələbələri ilə görüş keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Turizm İnstitutun rektoru C.Cəfərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Azərbaycan Turizm İnstitutun prorektoru E.Aslanov, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, institutun müəllim heyəti və fəal tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov ilk öncə institutun rəhbərliyinə yaratdığı şəraitə görə təşəkkürünü bildirib, iştirakçılara rayon haqqında geniş məlumat verib, 2014-cü ilin ilk 3 ayı ərzində idarə tərəfindən görülmüş işlərdən danışıb və çıxışçılara söz verib.
Sonra çıxış edən Azərbaycan Turizm İnstitutun rektoru C.Cəfərov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Gənclər Birliyinin sədri Y.Babanlı, Azərbaycan Turizm İnstitutun prorektoru E.Aslanov, Azərbaycan Turizm İnstitutun Tələbə-Gənclər Təşkilatının sədri A.Ağamirov Nərimanov rayonunda Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R.Abbasov Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülmüş və görüləcək tədbirlər haqqında geniş məlumat vermiş və gəncləri maraqlandıran sualları cavablandırıb.
Sonda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanan Azərbaycan Turizm İnstitutun 12 fəal tələbəsinə təhsilində və ictimai fəaliyyətində fərqləndiynə görə fəxri fərman verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB