Ermənistan KQB-nin keçmiş sədrin Qarabağla bağlı sensasion açıqlama verib. Bu barədə Ermənistan KQB-sinin keçmiş sədri David Şahnazaryan bildirib.
"Aravot" qəzetinə müsahibəsində Şahnazaryan deyib ki, bunun üçün Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın yüksək hakimiyyət eşalonlarında çoxlu rıçaqları var.
"Onlar təsəvvür olunandan daha çoxdur", - deyə erməni siyasətçi bildirib.
D.Şahnazaryan Rusiyanın Ermənistanda da analoji rıçaqlara malik olduğunu deyib. O, Rusiyanın Ermənistandakı səfirinin anti-Moskva fəaliyyəti aparan QHT-lərin barəsində ölçü götürüləcəyinə dair bu günlərdə verdiyi qalmaqallı açıqlamanı xatırladıb.
Şahnazaryanın fikrincə, Azərbaycan və Ermənistan ictimai xadimlərinin, ekspertlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək etmək üçün qurduğu təmaslar Rusiyanın maraqlarına cavab vermir.
D.Şahnazaryan onu da deyib ki, Rusiya Azərbaycanla anlaşıb və bu anlaşmaya görə Bakı Qərblə sıx əməkdaşlıqdan imtina etməli, əvəzində Moskva Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın nəzarətinə verməli, öz qoşunlarını Azərbaycan ərazisində yerləşdirməlidir.
"Kremlin bu planı Putinin neoimperialist siyasətinin tərkibinə daxildir. Bu siyasət Qarabağ münaqişəsi ətrafında yeni situasiya yaradıb və bütün münaqişə tərəfləri üçün təhlükəlidir" - deyə o bildirib.
D.Şahnazaryan amerikalı həmsədr Ceyms Uorlikin Vaşinqtonda təqdim etdiyi sülh prinsiplərinin Ermənistan üçün son şans olduğunu deyib. Onun sözlərinə görə, Ermənistan bu planı qəbul etməsə, Rusiyanın planı işə düşəcək.
Şahnazaryan Uorlikin açıqladığı elementlərin 1997-ci ildə tərəflərə təqdim edilmiş "mərhələli həll" planı ilə eyni yanaşmalara və məntiqə əsaslandığını bildirib.
D.Şahnazaryan Ermənistanda Uorlikin bəyanatına qarşı çıxanlara və münaqişə ətrafında status kvonu saxlamaq tərəfdarlarına cavab olaraq deyib ki, status-kvo təkcə təmas xətti ilə məhdudlaşmır. Bu, çoxsaylı komponentlərdən ibarət situasiyadır və həmin komponentlərin çoxu dəyişib.
Şahnazaryanın sözlərinə görə, birincisi, hərbi balans çoxdan Azərbaycanın xeyrinə dəyişib, özü də əsasən Rusiyanın səyləri sayəsində. İkincisi iqtisadi amildir. Ermənistan KQB-nin keçmiş sədri deyib ki, Azərbaycanla Ermənistanın iqtisadi vəziyyətini 15 il əvvəllə heç cür müqayisə etmək olmaz.
"İqtisadi vəziyyət Azərbaycanın xeyrinə durmadan dəyişir. Üçüncüsü, regionda geosiyasi balans bizim xeyrimizə deyil, xüsusən də Ermənistan Gömrük İttifaqına üzv olmağa razılıq verəndən sonra" - Şahnazaryan bildirib.
O, əlavə edib ki, Azərbaycan kifayət qədər müstəqil və çoxyönlü siyasət aparır. Energi təhlükəsizliyinə gəldikdə isə Ermənistan bu sahədə Rusiyadan tam asılıdır, Azərbaycan isə öz enerji müstəqilliyini tam təmin edib.
"Ermənistanın beynəlxalq arenada nüfuzu da ciddi şəkildə aşağı düşüb. Xüsusən ötən il sentyabrın 3-dən sonra. Azərbaycan isə öz nüfuzunu qaldırmağa böyük vəsaitlər xərcləyir və artıq ciddi nəticələr əldə edib. Ona görə də statius-kvo daim dəyişir, özü də bizim xeyrimizə yox. Yəni "status-kvonu saxlamaq" iddiaları ancaq Moskvaya Ermənistandakı kriminal-oliqarxik rejimə sərf edir" - deyə Şahnazaryan bildirib.
Keçmiş KQB sədri deyib ki, 1998-ci ildə Robert Köçəryan "status-kvonu saxlamaq" adı altında dövlət çevrilişi yolu ilə hakimiyyəti qəsb etdi və oliqarxiyanı və hakimiyyəti birləşdirmək, xalqı soymaq və milyardlarla dollarlıq sərvətin sahibi olmaq üçün ATƏT-in Minsk Qrupunun mərhələli həll planını rədd etdi.
D.Şahnazaryan deyib ki, Ermənistanda "bir qarış da torpaq qaytarmamaq" tərəfdarlarının əksəriyyəti Moskvanın indiki siyasətini, kriminal oliqarxiyanın və özünün maraqlarını Ermənistanın və Dağlıq Qarabağın maraqlarından üstün tutanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB