Ovik Abramyan: “Biz çox sayda su anbarları tikməliyik”
"İçməli və suvarmaya yararlı su mənasız şəkildə Ermənistandan Xəzərə axmalı deyil". Bu barədə Ermənistan baş naziri Ovik Abramyan bu gün parlamentdə hökumətin yeni proqramını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın içməli su ehtiyatı ildə 7 milyard kubmetrdir və bunun yalnız 2,3 mlrd.-ı istifadə edilir. "Qalan su Xəzər dənizinə axır. Biz çox sayda su anbarları tikməliyik. Bu, bizim gələcəyimiz üçün vacibdir", - deyə Abramyan vurğulayıb.
Onun sözlərinə görə, hökumət Arazın üstündə Yeqvard, Vedi, Kap və Mastar məntəqələrində 4 su anbarı tikmək istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB