Yaponiya ordusu ölkəxarici hərbi əməliyyatlarda iştirak edə bilər

Yaponiya ordusu ölkəxarici hərbi əməliyyatlarda iştirak edə bilər

Yaponiya ordusu bundan sonra ölkə xaricindəki döyüş nöqtələrində hərbi əməliyyatlarda iştirak edə bilər. Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Yaponiyaya səfərindən sonra ölkənin baş naziri Sindzo Abe belə qərara gəlib. O, bununla bağlı Yaponiya konstitutsiyasında yeni dəyişikliklər nəzərdə tutan qanun layihəsinin hazırlanması haqda qərar verib.

Qanuna görə, Yaponiya NATO ilə daha sıx əməkdaşlıq etməklə yanaşı ölkə sərhədlərindən kənarda yerləşən müharibə ocaqlarında NATO cəphəsindən birbaşa iştirak edəcək.

Məlumat üçün bildirək ki, bu vaxta qədər Yaponiya yalnız sülhməramlı qüvvələr kimi NATO sıralarında yer alırdı. Yeni qərara əsasən Yaponiya hərbi büdcəsini bir neçə dəfə artırmağı və ordusunu gücləndirməyi nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə