Rusiyanın təqdim etdiyi "Bütün dünyada yol hərəkətinin təhlükəsizliyinin artırılması" planını BMT-nin üzvü olan 80-dən yuxarı dövlət dəstəkləmişdir. Bu barədə məlumatı BMT Xəbərlər Mərkəzi yaymışdır. Yol hərəkətinin təhlükəsizliyi və onun artırılması qlobal məsələyə çevrilməkdədir. BMT-nin "Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlər Onilliyi, 2011-2020-ci illər" təşəbbüsü çərçivəsində 70-dən çox ölkədə bir neçə yüz tədbir keçirilmişdir.
Nyu-Yorkda Tayms-skver, Rio-de-Janeyroda Xilaskar Məsih və ya Londonda Trafalqal meydanı kimi tanınmış yerlərdə Onillik loqotipi ilə birlikdə xüsusi işıqlandırmalı reklam lövhələri quraşdırılmışdır.
Yeni Zelandiya, Meksika, Rusiya Federasiyası və Cənubi Afrika Respublikasının hökumətləri yollarda təhlükəsizliyin Onilliyi ərzində sürücü və piyadaların həyatının xilas edilməsi üçün yeni addımlar atırlar.
Avstraliya, Kamboca, Efiopiya, İndoneziya, Küveyt, Malayziya, Niger, Nigeriya, Filippin, Sloveniya, Şri-Lanka, Özbəkistan və Vyetnam rəsmi tədbirlər keçirməyə, yol hərəkəti təhlükəsizliyinin artırılması və avtomobil qəzaları zamanı zərər çəkənlər üçün xidmətlərin çeşidinin genişləndirilməsi üzrə milli planlarını təqdim etməyə hazırlaşırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB