İnsan immuniteti idarə etməyə qadirdir

İnsan immuniteti idarə etməyə qadirdir

İnsan xüsusi hərəkətlərin köməyi ilə öz immunitetini idarə edə bilər. Redbaud Universiteti Tibb Mərkəzinin mütəxəssisləri öz həmvətənləri holland Vim Hof fenomenini öyrənməklə belə qənaətə gəliblər.

V.Hof çox aşağı temperatura davam gətirmək qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşmüşdür. O, özünün işləyib hazırladığı tənəffüs və meditativ hərəkətlər metodikası sayəsində şaxtaya davamlı olmuşdur.

Matthiys Koksun rəhbərliyi altında alimlər könüllülərdən ibarət iki qrupun iştirakı ilə eksperiment aparmışlar. Qruplardan biri V.Hofun metodu ilə məşq etmiş, digəri isə adi həyat tərzi keçirmişdir. Eksperimentdən sonra "soyuqdəymə testi" keçirilmişdir. Test göstərmişdir ki, birinci qrupun iştirakçılarının soyuqdəymə xəstəliklərinə tutulma halları xeyli aşağıdır. Onların qanında interleykin zülalının miqdarı yüksəlmiş (bu zülal soyuqlama proseslərinə müqavimət göstərir), iltihab indikatoru olan zülalların miqdarı isə aşağı düşmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə