FHN - nin Cənub regional mərkəzində zona yarışları keçirilib

FHN - nin Cənub regional mərkəzində zona yarışları keçirilib

FHN - nin Cənub regional mərkəzində, gənc xilasedicilər və yanğınsöndürənlərin zona birinciliyi yarışları keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, ilk olaraq iştirakçılar regional mərkəzdə ulu öndər Heydər Əliyevin büstü önünə gələrək gül – çiçək dəstələri düzüblər. Yarışlara dövlət himninin səslənməsi ilə strart verilib.

Respublika üzrə sayca üçüncü dəfə keçirilən yarışlara 6 rayon- Lənkəran, Masallı, Cəlilabad, Yardımlı, Lerik və Astaradan olan komandalar qatılıb. İntellektual və fiziki oyunlardan ibarət olan yarışlarda komandalar, yanğın estafeti, maneələr zolağı və digər etaplarda güclərini sınayıblar.

Qeyd edək ki, zona yarışlarında 1 və 2 – ci yerləri tutan komandalar Qəbələ rayonunda keçiriləcək Respublika final yarışlarına qatılacaq. Sonda qalib komanda və iştirakçılara nazirlik tərəfindən xüsusi diplomlar, qiymətli hədiyyələr təqdim olunacaq.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə