Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan "Hər şey səndən başlayır" layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
Bakı şəhəri Səbail rayonunun 7 saylı tam orta məktəbində keçirilən tədbirdə çıxış edən layihənin rəhbəri Elvin Abdulqədirov layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, "Hər şey səndən başlayır" layihəsinin icrasına başlandığı gündən indiyə qədər keçirilən tədbir və hazırlanan televiziya proqramlarında yeniyetmə və gəncləri maraqlandıran psixoloji problemlər əsas müzakirə mövzusu olub. Layihənin əsas məqsədinin uğura doğru irəliləyən gənclər üçün bir mənəvi, psixoloji dəstək olduğuna diqqət çəkən Elvin Abdulqədirov bildirib ki, təşkil olunan görüşlərdə, efirdə yayımlanan televiziya proqramlarında gənclərə uğur qazanmağın yolları, gördüyü işdə müvəffəqiyyətsizlik riskini sıfıra endirmək bacarığı aşılanıb.
Tədbirdə çıxış edən psixoloq Təhminə Çələbi gənclərə psixoloji dəstək məqsədi daşıyan bu tip layihələrin böyük önəm daşıdığını vurğulayıb.
Məktəb şagirdləri üçün ən aktual mövzulardan birinin qəbul imtahanlarına hazırlıq dönəminin olduğunu xatırladan psixoloq şagirdlərə bu müddət ərzində stressi, həyəcanı aradan qaldıra biləcək bir sıra tövsiyə və məsləhətlərini verib.
Daha sonra şagirdlərə sertifikatlar təqdim olunub, bukletlər paylanılıb.
Həmçinin, gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB