Dünəndən başlayaraq Bakının Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya bildirib ki, hazırda həmin ərazidə kommunikasiya quyularının dəmir-beton pilitələrinin dəyişdirilməsi və müasir baxış qapaqlarının qoyulması işləri gedir.
P.Mürsəliyev deyib ki. qeyd olunan işlər yekunlaşdıqdan sonra asfalt örtüyünün dəyişdirilməsi işlərinə başlanılacaq.
"Azəryolservis" ASC-nin mətbuat xidməti qeyd edib ki, təmir işləri təxminən bir həftə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB