Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-a verilən məlumata görə, səfər zamanı Azərbaycan FHN-lə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri üzrə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfər çərçivəsində Seul şəhərində bu il aprelin 16-da "Sevol" gəmisinin batması nəticəsində həyatlarını itirmiş insanların xatirəsinə ayrılmış məkan ziyarət edilib, gül dəstələri qoyulub.
Sonra Azərbaycan FHN və Koreya Respublikasının Milli Fövqəladə Halların İdarəedilməsi Agentliyinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüş zamanı müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişafı, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB